SİZİN TELEKOMMUNİKASİYA
             PARTNYORUNUZ
 
   az   |  rus   |  eng Dial up >> Qeydiyyat / Balans   
Ana səhifə Məktub yaz




Sualınız varsa, bizə müraciət edə bilərsiniz:

Tel.:   +(99412) 490 20 20
Faks: +(99412) 490 20 30

Xidmətlərin satışı
sales@ultel.az

Marketinq, reklam
marketing@ultel.az

Müştərilər xidməti
info@ultel.az

CDMA Müştəriləri xidməti
cdma@ultel.az

Internet Müştəriləri xidməti
support@ultel.az

Vakansiyalar
personnel@ultel.az


Hər kəsə məlumdur ki, Dial-up qoşulma növü artıq daha müasir və yüksək sürətli qoşulma növləri ilə müqaisə oluna bilməsə də, hələ bundan sonra uzun illər boyu cəmiyyətin xüsusilə aztəminatlı təbəqələri tərəfindən geniş istifadə ediləcəkdir.

Bu faktı, eləcə də abunəçilərin çox sayda müraciətlərini nəzərə alaraq ULTEL, özünü əsasən telefon operatoru kimi cəmiyyətdə tanıtdırmasına baxmayaraq, 2005-ci ilin dekabr ayından başlayaraq telefon abunəçilərinin internetə kommutasiyalı qoşulma xidmət növünün təşkil etmişdir.

Bununla belə son 4-5 il ərzində ULTEL, nəyinki öz abunəçilərinin, həmçinin Bakı telefon şəbəkəsində fəaliyyət göstərən digər operatorların abunəçilərinin də dial-up növü ilə şəhərimizin aparıcı internet-provayderlər üzərindən internetə çıxış imkanının yaradılması üçün bütün texniki tədbirləri görmüşdür. Bunun üçün ULTEL-in müvafiq stansiyalarında yiğım “pool”-ları yaradılmış və internet-provayderlərin avadanlıqları quraşdırılmışdır.

2006-ci ilin iyul ayından isə ULTEL, 7 nominalda əvvəlcədən ödənişli Internetdən istifadə kartlarını – Universal Ödəniş Kartı – satışa buraxmışdır. Qeyd etmək lazımdır ki, digər İnternet provayderlərdən fərqli ULTEL, Azərbaycanda ilk dəfə olaraq hər Internet kartının istifadə müddətini saatla deyil, kartın nominalı ilə müəyyən etmişdir. Beləliklə istifadəçi kartı aldıqda, onu özü istədiyi və özünə sərf etdiyi şəkildə istifadə etmək imkanını qazanır. Kartlar barədə məlumat və onların istifadə qaydası DIAL-UP tarifləri bölümündə göstərilmişdir. Eyni zamanda bu kartlar universal olduğu üçün, gələcəkdə digər Internet xidmət növlərinin (ADSL, Leased Line və sair), hətta Telefon xidmətlərinin ödəniş vasitəsi funksiyasını yerinə yetirə biləcəklər.

Universal Ödəniş Kartlarının satış nöqtələri
Universal Ödəniş Kartlarının internet vastəsiylə sifarişi


Əvvəlcədən ödənişli Internet kartları - Universal Ödəniş Kartı. 

   
   
   
   



















© Copyright Ulduz Telekom 2005