İnkişaf etmiş dövlətlərin statistikası
göstərir ki, son illər ərzində ADSL
qoşulmalardan əldə edilən gəlirlər
dial-up qoşulmalardan əldə edilən gəlirlərdən
xeyli artıqdır. Yüksək sürətli
ADSL qoşulma növünün Azərbaycanda
nisbətən yeni olmasına baxmayaraq bu xidmət
növü də cəmiyyətimizdə artıq
geniş istifadə edilməktədir. Bunu nəzərə
alaraq ULTEL özünün bütün stansiyalarında
bir neçə internet-provayderlərə ADSL qoşulmasını
təmin edən texniki imkanı yaradmışdır.
Bundan əlavə, 2005-ci ilin noyabr ayından başlayaraq
ULTEL öz infrastrukturu üzərindən abunəçilərin
ADSL qoşulması növü ilə dünya
internet şəbəkəsinə çıxışını
təşkil etmişdir. Nəticə etibarı
ilə abunəçi, vaxtını itirmədən
elə ULTEL-in Abunə ofisində həmin xidmət
növünə abunə yazılaraq onun vahid
faktura çərçivəsində ödənməsi
imkanını qazandı.
ADSL tarifləri